Modern.az

 Azərbaycan və Rusiya Xəzərin statusunu müzakirə ediblər

 Azərbaycan və Rusiya Xəzərin statusunu müzakirə ediblər

Aktual

21 Noyabr 2018, 22:43

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Moskvada Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə Xəzər dənizinin hüquqi statusunu müzakirə edib. Modern.az “Trend”ə istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

 

Məlumatda deyilir: "Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə Rusiya və Azərbaycanın müxtəlif nazirlik və idarələrin qarşılıqlı fəaliyyət perspektivləri, terrorizmə qarşı mübarizə məsələləri, həmçinin Xəzər dənizinin hüquqi statusu məsələsi müzakirə olunub".

 

Xatırladaq ki, avqustun 12-də Aktauda keçirilən Xəzəryanı ölkələrin sammitinin yekunu üzrə Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentləri Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə