Arxiv
22 Noyabr 2018, 11:46 | AKTUAL
Sərnişinlər üçün çətir quraşdırılır - Bakı Metropolitenindən YENİLİK

"Bakmil" stansiyasında planlı surətdə aparılan yenidənqurma tədbirlərinin növbəti mərhələsi çərçivəsində ən əhəmiyyətli yeniliyin tətbiqinə başlanılır.

 

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən Modern.az-a verilən məlumata görə, stansiyanın açıq hava şəraitində yerləşən, atmosfer mühitinin aqressiv təsirlərinə məruz qalan platformanın üzərində çətir quraşdırılır:

 

"Bu isə sərnişinləri, eləcə də stansiyanın açıq hava şəraitində yerləşən avadanlıq və qurğularını yağmurun təsirlərindən qoruyacaq. Ümumiyyətlə, metropolitenin 1979-cu ildə istismara verilmiş yeganə yerüstü stansiyasında ötən 40 ilə yaxın müddətdə əsaslı təmir və yenidənqurma işləri ilk dəfə aparılır. Açıq hava şəraitinin kəskin təsirləri nəzərə alınmaqla, uzunmüddətli istismar dövründə köhnələrək müasir tələblərə cavab verməyən avadanlıq və qurğular, həmçinin digər infrastruktur təmir edilir, bərpa olunur və müasir tələblər səviyyəsində yenidən qurulur. Stansiyada tətbiq olunacaq daha bir əhəmiyyətli yenilik sərnişinlərin birbaşa ikinci mərtəbədən qəbul edilərək, yola salınması olacaq. Belə ki, stansiyaya daxil olan sərnişinlər pilləkənlərlə birbaşa ikinci mərtəbəyə qalxaraq, avtomat nəzarət-buraxılış məntəqəsindən keçəcəklər".

 

Məlumata görə, burada inşaat işləri tamamlanmaq üzrədir: "Bu səviyyədə söküntü işləri başa çatdırılıb. Platforma, gözləmə zalı və keçidlərdə döşəmə və divarların üzləmə işləri da yekunlaşmaqdadır. Ən əhəmiyyətli tədbirlər platformaaltı sahədə edilib. Kabel kollektoru tamamilə yeni standartlar və səliqə-sahmanla yenidən inşa edilib. Həmçinin sahədə rahat və təhlükəsiz iş görmək üçün bütün müvafiq tədbirlər görülüb və işçilər bundan sonra burada rahatlıqla kommunikasiya xətlərinə xidmət göstərə biləcəklər. Bununla yanaşı, təbii işıqlandırma, havalandırma və plaftormaaltı sahəyə nəzarət məqsədilə pəncərə yerləri qoyulmaqla yan divarlar inşa olunub, suvaq işi aparılıb. Yenidənqurma çərçivəsində bütün kommunikasiya xətləri dəyişdirilib, yeni kanalizasiya xətti qurulub və su xətti çəkilib, ərazi abadlaşdırılıb. Bu xüsusda onu da əlavə edək ki, əvvəllər yağışlı havada stansiya qarşısında yaranmış gölməçələr də bundan sonra olmayacaq. Burada müvafiq maillik verilməklə bütün zəruri tədbirlər görülüb və drenaj sistemi yenilənib. Əvvəllər də qeyd etdiyimiz kimi, sərnişinlərin stansiyadan istifadəsinə şərait yaratmaqla, plaftormanın yenilənməsi də iki mərhələdə aparıb. Əvvəlcə platformanın bir, daha sonra digər hissəsi tamamilə yenidən qurulub. Plaftormanın daha etibarlı, davamlı və uzunömürlü etmək üçün döşəmə örtüyü tamamilə sökülüb, hər 6 metrdən bir yeni dayaqlar, həmçinin rigellər qoyulub, yenidən monolit dəmir-beton konstruksiyalı sərnişin platforması qurulub. Bu xüsusda onu da əlavə edək ki, platformanın sonunda yerləşən növbətçi məntəqəsinin xidməti otağı ləğv edilib. Park yollarına standartlara uyğun yeni keçid qapısı və pilləkən qoyulub. Yeri gəlmişkən, ikinci mərtəbədə yerləşən stansiya rəisinin, eləcə də növbətçinin otağı tamamilə yenidən qurulmaqla, müasir texnologiyalara uyğun avadanlıqlarla təchiz edilib. Burada digər yardımçı sahələrin də inşası tamamlanmaq üzrədir. Stansiyanın yenidən qurulması zamanı onun memarlıq üslübü tamamilə qorunmaq şərtilə yeni asma tavan və müasir işıqlanma sistemi qurulur. Elektrik xətlərinin çəkilməsi başa çatdırılıb. Hazırda çilçıraqların qurulması üzərində iş aparılır. Bu sırada qapı və pənəcərələr də tamamilə yenilənib. Dam örtüyü uzunömürlü müasir materiallarla yenilənməklə, ən mühüm işlərdən biri kimi, stansiyanın fasadı da rigellərlə gücləndirilib. Stansiyanın birinci mərtəbəsi bundan sonra yalnız xidməti məqsədlər üçün istifadə olunacaq. Burada söküntü işləri başa çatmaq üzrədir. Üzləmə işlərinin isə yarıdan çoxu yerinə yetirilib. Görülən işlər çərçivəsində stansiya yolu da tamamilə yenidən qurulub. Burada yol yatağı yeni qurulan platorfmanın tələblərinə uyğunlaşdırılıb, müvafiq hazırlıq tədbirlərindən sonra dəmir-beton şpallar düzülüb. Bir sözlə, tamamilə yeniləşmiş "Bakmil" stansiyası memarlıq üslubunu saxlamaqla, sərnişinlərini müasir görkəmdə qarşılamağa hazırlaşır".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Manat və dolların 3 günlük MƏZƏNNƏSİ 24 May 2019, 17:27 Leyla Əliyeva uşaqların müalicəsi ilə maraqlandı - FOTOLAR 24 May 2019, 17:25 Prezident bu dini qurumlara maliyyə yardımı ayırdı - SİYAHI 24 May 2019, 17:25 Dünyaca məşhur şirkət “Azərenerji”nin məsləhətçisi oldu   24 May 2019, 17:08 İstirahət günlərində hava necə olacaq?  24 May 2019, 17:04 Ukraynanın baş naziri istefa verdi 24 May 2019, 16:59 Ağstafada hamilə qalan dörd gəlinin yaşı açıqlandı - Qalmaqalın TƏFƏRRÜATI 24 May 2019, 16:51 Ziyafət Əsgərov: Onlar əxlaqsız adamlardır 24 May 2019, 16:33 Çilinin tanınmış saytı Naxçıvandan yazdı 24 May 2019, 16:31 Deputatlar prezidenti məhkəməyə verdilər 24 May 2019, 16:26 İlk Qədr gecəsi dünən oldu, yoxsa bu gündür? - MÜBAHİSƏ 24 May 2019, 16:23 Ziyafət Əsgərov: “Dağlıq Qarabağ münaqişəsinin həlli yaxınlaşır” 24 May 2019, 16:06 “Nar”-ın da dəstəyilə ADA-da uğurlu innovativ layihələr seçilib   24 May 2019, 16:03 Rusiyanın S-400 sistemləri: Vaşinqton-Ankara münasibətlərində növbəti gərginliyin adı 24 May 2019, 15:57 Böyük Britaniyanın yeni baş nazirin adı məlum olacaq 24 May 2019, 15:49 Aİ ilə yeni Sazişdə sahibkarlarımızın mənafeyi qorunurmu?   24 May 2019, 15:43 Goranboyun başçısı kümçülərlə görüşdü 24 May 2019, 15:40 Sabah karatenin əlbəyaxa döyüş növü üzrə peşəkarların mübarizəsidir - VİDEO 24 May 2019, 15:31 Müəllimi döydülər - Təhsil Nazirliyi Baş Prokurorluğa müraciət etdi 24 May 2019, 15:06 Dünyada vəziyyət gərginləşir” - Prezidentin  iftardakı çıxışı - MƏTN 24 May 2019, 15:00 Arif Rəhimov Formula 1-in Bakıya qazandırdıqlarından danışdı   24 May 2019, 14:51 Araz Əlizadə Ayaz Mütəllibovla düşmənçilik edir? - AÇIQLAMA 24 May 2019, 14:39 Bakı Mühəndislər Universitetində “Mənim Azərbaycanım” SƏRGİSİ - FOTOLAR   24 May 2019, 14:39 109 yaşlı “Ər və arvad”la həmyaşıd Akademik Musiqili Teatr 24 May 2019, 14:30 “Arsenal” - “Çelsi”: Finalda kimi dəstəkləyəcəksiniz: - Tanınmış azarkeşlər CAVAB VERDİ 24 May 2019, 14:23 Zelenski Poroşenkonun sərəncamını ləğv etdi 24 May 2019, 14:21 Əhməd bəy Ağaoğlu mükafatı sahiblərinə - tərcüməçilərə təqdim edildi - FOTO 24 May 2019, 14:04 Sosial şəbəkələr “titrədi” – Zəlzələ xəbəri təsdiqlənmədi 24 May 2019, 14:02 Ali məktəblərə builki keçid balları aşağı salına bilərmi? - Rəsmi CAVAB 24 May 2019, 13:38 Tarixçi alim bugünkü problemlərin həll yolunu Cümhuriyyət dövründən öyrənməyə ÇAĞIRDI 24 May 2019, 13:29 Əbülfəs Qarayev Şamaxıda müraciətləri dinlədi 24 May 2019, 13:25 “Qafqazda Azərbaycan və erməni məsələsi” kitabı müzakirə olundu   24 May 2019, 13:20 Böyük Britaniyanın baş naziri istefa verdi 24 May 2019, 13:16  I qrupda maksimal bal toplamış gənc: “Bakı Ali Neft Məktəbi mənim hədəfim olub 24 May 2019, 13:06 Valeh Ələsgərov : “Bu layihənin qarşısını almaq üçün 100 milyonlarla pul xərclədilər”   24 May 2019, 13:04