Modern.az

Azərbaycandan İrana gedənlərin sayı 61,4 faiz artıb - RƏSMİ  

Azərbaycandan İrana gedənlərin sayı 61,4 faiz artıb - RƏSMİ   

22 Noyabr 2018, 13:01

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana dünyanın 194 ölkəsindən 2420,4 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Modern.az saytı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 31,1 faizi Rusiya Federasiyası, 20,2 faizi Gürcüstan, 10,1 faizi Türkiyə, 8,9 faizi İran, 3,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,8 faizi Səudiyyə Ərəbistanı, 2,6 faizi İraq, 2 faizi Ukrayna, 1,6 faizi İsrail, 17,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslərdir. Gələnlərin 65,5 faizini kişilər, 34,5 faizini isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 7,7 faizi yanvar, 6,9 faizi fevral, 11,4 faizi mart, 9 faizi aprel, 8,6 faizi may, 11,1 faizi iyun, 13,6 faizi iyul, 13,3 faizi avqust, 9,6 faizi sentyabr, 8,8 faizi isə oktyabr ayında ölkəyə gəlib.

Cari ilin yanvar-oktyabr aylarında Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə ölkəmizə gələn Bəhreyn və Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,2 dəfə, Küveyt vətəndaşlarının sayı 2 dəfə, Qətər vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 13,7 faiz, Oman vətəndaşlarının sayı 6,3 faiz artıb. İrandan gələnlərin sayında 33 faiz, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında isə 6,7 faiz azalma müşahidə edilib. Ümumilikdə Körfəz ölkələrindən 492,9 min nəfər gəlib və ölkəmizə gələnlərin demək olar ki, hər beş nəfərindən biri bu ölkələrin vətəndaşları olub.


2018-ci ilin yanvar-oktyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı  8,3 faiz artaraq 99,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,1 faiz artaraq 891 min nəfər olub.               
                                                                           

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 56,5 faizi dəmir yolu və avtomobil, 42,5 faizi hava, 1 faizi isə su nəqliyyatından istifadə ediblər.

2018-ci ilin yanvar-oktyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,2 faiz artaraq 4014,6 min nəfər olub. Ölkə vətəndaşlarının 32,2 faizi İrana, 29,6 faizi Gürcüstana, 19,1 faizi Rusiya Federasiyasına, 12,9 faizi Türkiyəyə, 1,5 faizi Ukraynaya, 0,9 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 65,6 faizi kişilər, 34,4 faizi isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 61,4 faiz, Gürcüstana gedənlərin sayı 2,7 faiz artıb, Rusiya Federasiyasına gedənlərin sayı 1 faiz, Türkiyəyə gedənlərin sayı 0,3 faiz azalıb.

Cari ilin yanvar-oktyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 80,8 faizi dəmir yolu və avtomobil, 18,4 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?