"Real Madrid" İspaniya La Liqasında növbəti oyununa çıxıb.
Modern.az xəbər verir ki, Madrid klubu 13-cü turda səfərdə "Eybar"la qarşılaşıb. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu, "Real"ın baş məşqçisi Santyaqo Solarinin yeni klubunda ilk məğlubiyyəti olub.
Bu nəticədən sonra "kral klubu" 20 xalla 6-cı pillədə qalıb.
Qeyd edək ki, turnir cədvəlinə 24 xalla "Barselona" başçılıq edir. "Sevilya", "Atletiko", "Alaves" hərəyə 23 xalla 2-4-cü pillələri bölüşdürür.