Fransada etiraz aksiyalarında iştirak edən 35 nəfər saxlanıldı. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 8 nəfər xəsarət alıb.
Məlumata görə, etirazçılar ölkə prezidentinin iqamətgahı istiqamətində hərəkət edirlər.
Son məlumatlara əsasən, noyabrın 17-də başlayan aksiyanın iştirakçılarının sayı 81 minə çatıb. Nümayişçilər yanacağın qiymətinin qalxmasına etiraz edirlər.