Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib. Modern.az xəbər verir ki, "Qarabağ" doğma meydanda "Sabah"ı qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hər iki qol fasilə ərəfəsində vurulub. 44-cü dəqiqədə Elgün Nəbiyev "Qarabağ" müdafiəçilərinin səhvindən sonra qapıçı Şahrudin Məhəmmədəliyevlə təkbətək çıxaraq, hesabı açıb. 45+1-ci dəqiqədə isə Yakub Jezniçak künc zərbəsindən sonra bərabərlik qoluna imza atıb.
İkinci hissədə "Qarabağ" ardıcıl hücumlar etsə də, qələbə topunu vura bilməyib.