Arxiv
21 Noyabr 2018, 18:43 | TƏHSİL
34 məcburi köçkün şagirdin cəlb olunduğu fizika kursları yekunlaşdı - Foto

“Kəlbəcər rayon 56 saylı tam orta məktəbin fizika fənninə maraq göstərən şagirdləri üçün təşkil olunan kurslar yekunlaşıb. İki ay davam edən kurslara 34 şagird cəlb edilib”. Bu fikirləri Modern.az-a layihə rəhbəri Gülsarə Həsənova bildirib.

 

Gülsarə Həsənovanın sözlərinə görə, Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi” çərçivəsində icra etdikləri layihə şagirdlər tərəfindən maraqla qarşılanıb: “Əslində Kəlbəcər rayon 56 saylı tam orta məktəbdə müasir təlim metodları ilə dərs tədris edilməsinə imkan verən Fizika kabinəsinin yaradılması layihəmizin əsas uğurlarından biridir. Kabinə proyektorla təmin olunduğundan hazırda dərslərimizin əksəriyyətində müasir informasiya kammunikasiya vasitələrindən istifadə edilir ki, bu da şagirdlərin keçirilən mövzuları daha aydın dərk etməsinə imkan verir. Bəlkə də bu səbəbdən idi ki, layihənin ikinci hissəsində fizikaya maraq göstərən istedadlı şagirdlər üçün “Gənc fiziklər” kursunun 30 nəfərlə davam etdirmək nəzərdə tutulsa da, müraciətlər bundan xeyli çox oldu. Sonda seçim əsasında kurslar hər birində 17 nəfər olmaqla (Cəmi 34 nəfər) iki qrupda davam etdirildi. Kursa cəlb edilən şagirdlərin hər biri layihə çərçivəsində əlavə dərs vəsaiti ilə təmin edildi. 34 nəfər şagirdin hər biri üçün test kitabçası, qələm və qeyd dəftəri alındı. Dərslər Kəlbəcər rayon 56 saylı tam orta məktəbin binasında həftədə 2 dəfə olmaqla 2 dərs saatı müddətində keçirildi. Kursların tədrisində müasir İnformasiya Kommunikasiya Vasitələrinin imkanlarında istifadə edildi. Kurs müddətində keçilən 44 dərsdə şagirdlər öyrəndikləri nəzəri bilikləri məsələlər və təcrübələr vasitəsi ilə möhkəmləndirmək imkanı da əldə etdilər. Eyni zamanda tədris olunan mövzularla bağlı təcrübələrin aparıldığı video şagirdlərə nümayiş etdirildi. Kursların sonunda iştirakçılar arasında bilik yarışı təşkil olundu. Müsabiqənin sonunda yüksək nəticə göstərən şagirdlərə məktəb rəhbərliyinin və layihə rəhbərinin imzası ilə sertifikat verildi”.

 

G.Həsənovanın sözlərinə görə, layihə bitsə də, kursların tədrisi davam etdiriləcək: “Layihənin davamlılığını təmin etmək üçün kursları tədris ilinin sonunadək davam etdirmək niyyətindəyik. Düşünürük ki, məktəbimizin maddi-texniki bazası paytaxt məktəbləri ilə müqayisədə zəif olsa da, kollektivin şagirdlərlə birlikdə göstərdiyi səylər uğurlu nəticə əldə etməyə imkan verəcək. Necə ki, ötən tədris ilində məktəbimizin XI sinfini bitirən 52 şagirddən 40 nəfəri respublikanın müxtəlif ali təhsil müəsissələrinə, 4 nəfəri orta ixtisas təhsili müəssisəsinə qəbul olundu. Məzunlardan ikisi 600-dən yuxarı  bal topladı. Əvvəlki tədris ilində isə 700 bal toplayaraq maksimum nəticə göstərən şagirdimiz olub. Bu ənənəni davam etdirmək üçün məktəb rəhbərliyi ilə birgə əlimizdən gələni edəcəyik”.

 

Qeyd edək ki, Kəlbəcər rayon 56 saylı tam orta məktəbin fizika müəlliməsi Həsənova Gülsarə Tağı qızının  Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi” çərçivəsində icra etdiyi “Fizika kabinetinin qurulması və istedadlı uşaqlar üçün “gənc fiziklər” kursunun təşkili” layihəsi 5 ay müddətində həyata keçirilib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bərdədə iki qadını maşın vurdu 16 İyul 2019, 22:53 Avropa Komissiyasına yeni sədr seçildi 16 İyul 2019, 22:39 Azərbaycana qarşı təxribata əl atanlar cəzalandırıldı 16 İyul 2019, 22:18 Göyçayda gənc qadın özünü kanala atdı 16 İyul 2019, 22:04 “Biz azarkeşlərimizi sevindirmək istəyirik” - Qurban Qurbanov 16 İyul 2019, 21:39 Bakıda gənc oğlan bıçaqlandı 16 İyul 2019, 21:28 Ombudsman boşanmalardan danışdı 16 İyul 2019, 21:12 "Mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik" - Baş məşqçi 16 İyul 2019, 20:59 Bərdə Müalicə-Diaqnostika Mərkəzində ölüm 16 İyul 2019, 20:43 Diplomatların Bakı müzakirəsi 16 İyul 2019, 20:30 “Dövlət müstəqilliyimizi fədakarlıqla qorumalıyıq” - Əli Nağıyev 16 İyul 2019, 20:17 Beynəlxalq Valyuta Fondunun baş direktoru istefa verdi 16 İyul 2019, 20:01 Bakıda axundu qətlə yetirən şəxsin istintaqı başa çatıb 16 İyul 2019, 19:42 İranda mikroavtobus aşıb, 11 nəfər ölüb 16 İyul 2019, 19:37 Almaniya silahlarının əsas müştərisi Türkiyədir 16 İyul 2019, 19:32 Metronun "Nərimanov" stansiyasında uşaq itib   16 İyul 2019, 19:25 Ələtdə 70 yaşlı kişi nəvəsi ilə birlikdə dənizdə boğularaq ölüb 16 İyul 2019, 19:11 Azərbaycan və Gürcüstan vətəndaşları qızışdırıcı çağırışlara uymamalıdır 16 İyul 2019, 18:54 Serj Sarkisyan Baden-Badendən Yunanıstana getdi 16 İyul 2019, 18:32 Şəkidə turistlərlə bağlı növbəti insident – xəsarət alan yoxdur 16 İyul 2019, 18:19 Gəncədə BMT-nin də iştirakı ilə dinləmə keçirildi 16 İyul 2019, 18:16 Bakıda cərrahi əməliyyat olunan Qusar sakini bir həftə sonra öldü 16 İyul 2019, 18:06 Baş nazir Keşikçidağda törədilən insidentdən danışdı 16 İyul 2019, 17:55 Nigeriyada 10  türkiyəli dənizçi girov götürüldü 16 İyul 2019, 17:30 Məşhur iş adamı Xəzərin sahilini hasarladığına görə cərimələndi 16 İyul 2019, 17:24 Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat bu gün başa çatır 16 İyul 2019, 17:20 Manat və dolların sabahkı məzənnəsi 16 İyul 2019, 17:05 Rövşən Rzayev vətəndaşları qəbul etdi 16 İyul 2019, 16:59 Şəmkirdə muzey əşyaları ilə bağlı təqdimat keçirildi 16 İyul 2019, 16:54 Türk alimləri süni ürək və qaraciyər hazırlayır 16 İyul 2019, 16:43 Pomidor ucuzlaşacaq – Nazirlikdən AÇIQLAMA 16 İyul 2019, 16:42 Dövlət Sərhəd Xidmətinin rəisi tapşırıqlar verdi 16 İyul 2019, 16:35 Elmar Məmmədyarov komitə sədrləri ilə görüşdü 16 İyul 2019, 16:32 51 abituriyentin qiymətində dəyişiklik edildi 16 İyul 2019, 16:31 “Ermənilər görəcəklər ki, bu bekar söhbətlərdir” - Deputatlardan Konqresin qərarını REAKSİYA 16 İyul 2019, 16:18