Modern.az

Polisi baltalayan qardaşlar tutuldu

Polisi baltalayan qardaşlar tutuldu

Aktual

26 Noyabr 2018, 11:07

Biləsuvar rayonunda polis kapitanını balta ilə yaralayanlar saxlanılıb.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onlar iki qardaş - Aşağı Cürəli kənd sakinləri Şahbazov Rauf Malik oğlu və Şahbazov Rəşad Malik oğludur.

 

Onlar barəsində məhkəmənin qərarı ilə məcburi gətirilmə qərarı verilib. Polis əməkdaşları da məhkəmənin qərarını icra etmək üçün həmin ünvana yollanıblar. Bu zaman qardaşlar balta ilə kapitan Ağamalıyev Rəfail Rəfi oğluna hücum ediblər. Rauf Şahbazov balta ilə R.Ağamalıyevə zərbə endirib və sinəsindən yaralayıb.

 

Hər iki qardaş saxlanılıb. Polis R.Ağamalıyevin səhhəti normaldır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə