Modern.az

Bu il 112 qadın zorakılıq nəticəsində ölüb, 11-i azyaşlı olub

Bu il 112 qadın zorakılıq nəticəsində ölüb, 11-i azyaşlı olub

Aktual

26 Noyabr 2018, 11:41

"Son 5 ilin statistikasına görə, Azərbaycanda qadınlara qarşı zorakılıqla bağlı cinayətlərin dinamikası azalıb".

 

Modern.az xəbər verir ki, bu sözləri, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi Adıgözəl Adıgözəlov deyib.

 

Onun sözlərinə görə, 2018-ci ilin 9 ayı ərzində respublikada qadınlara qarşı zorakılıqla bağlı cinayətlərin ümumi sayı respublikada baş vermiş ümumi cinayətlərin cüzi hissəsini təkil edir. Ümumilikdə bu il yanvar-sentyabr ayları ərzində məişət zorakılığı ilə bağlı 678 cinayət faktı qeydə alınıb: "Qadınlara qarşı zorakılıqla bağlı törədilmiş cinayətlərdə özünü öldürmə, həmçinin öldürmə həddinə çatdırma ilə bağlı 135 fakt qeydə alınıb. Ölən qadınların sayı 112 olub ki, onlardan 11-i azyaşlıdır".

 

Şöbə rəisi məlumat verib ki, qadınlara qarşı cinayət törətməsi məyyən edilmiş 2004 şəxs 9 ay ərzində məsuliyyətə cəlb olunub. Cari ildə qadınların hüquqlarının məhdudlaşdırılması ilə bağlı cinayət faktı qeydə alınmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə