Modern.az

SOCAR Gürcüstan vətəndaşlarının borcunu ödəyib?- AÇIQLAMA

SOCAR Gürcüstan vətəndaşlarının borcunu ödəyib?- AÇIQLAMA

Aktual

26 Noyabr 2018, 11:56

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) sosial şəbəkələrdə şirkətin Gürcüstan vətəndaşlarının borclarını ödəməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

 

Modern.az xəbər verir ki,  SOCAR-ın "Facebook" sosial şəbəkəsindəki səhifəsində bildirilib ki, dünəndən sosial şəbəkələrdə SOCAR-ın Gürcüstan vətəndaşlarının borclarını ödəməsi ilə bağlı yayılan şayiə təxribat və yalandan başqa bir şey deyil:

“Azərbaycanın qlobal brendi SOCAR müxtəlif ölkələrdə həyata keçirdiyi əməliyyatlarla Azərbaycan üçün gəlir və mənfəət əldə edir. Gürcüstan, Türkiyə, İsveçrə və digər xarici ölkələrdə vətənimiz üçün əldə etdiyimiz gəlirlər ötən ildə SOCAR-ın ümumi gəlirlərinin 90%-dan çoxunu təşkil edib”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə