“Babək” prospektindəki təmir işləri yekunlaşmaq üzrədir. 2 həftə ərzində işlərin tamamlanması nəzərdə tutulub”.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
A.Nəcəfli bildirib ki, prospektdəki işlərin hələ də tamamlanmaması hava şəraitinin əlverişsiz keçməsilə bağlıdır:
“Amma təqribi olaraq dekabrın ilk ongünlüyündə işlər yekunlaşacaq. “Yeni Günəşli” istiqamətində körpünün üstü və körpünün qurtaracağında asfaltlama işləri artıq bitib. Hazırda Babək prospektində üfüqi nişanlanma xətlərinin çəkilməsi aparılır”.
AAYDA rəsmisi qeyd edib ki, bundan sonra əks istiqamətdə işlərə başlanacaq:
““Yeni Günəşli”dən Babək prospektinədə körpünün qurtaracağına kimi (Maşın bazarı) asfaltlama aparılacaq. Qeyd etdiyim kimi bütün işlərin 2 həftə ərzində yekunlaşması nəzərdə tutulub”.