Modern.az

Neftçalada qohumunu qətlə yetirən şəxs tutulub

Neftçalada qohumunu qətlə yetirən şəxs tutulub

26 Noyabr 2018, 12:25

Neftçalada qohumunu qətlə yetirən şəxs tutulub.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, noyabrın 24-də Neftçala rayonunda rayon sakini Vaqif Kəlbiyevin üzərində bıçaq xəsarətləri olan meyiti yaşadığı evin qarşısında tapılıb.

 

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində qətli münaqişə zəminində törətməkdə şübhəli bilinən V.Kəlbiyevin qohumu, Aşağı Surra kənd sakini, əvvəllər məhkum olunmuş İbrahim İbrahimov saxlanılıb.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə