Modern.az

İsmayıllıda qonur ayını ovlayan 6 nəfər həbs olundu  

İsmayıllıda qonur ayını ovlayan 6 nəfər həbs olundu   

26 Noyabr 2018, 13:39

Noyabrın 17-də İsmayıllı rayonunun Basqal meşəbəyliyinin ərazisində adı “Qırmızı kitab”a düşmüş qonur ayının naməlum şəxslər tərəfindən ovlanması barədə “Şahdağ Milli Parkı”ndan İsmayıllı Rayon Polis Şöbəsinə müraciət daxil olub.

DİN Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, faktla bağlı dərhal müvafiq tədbirlər görülüb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qonur ayını ovlamaqda şübhəli bilinən 6 nəfər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların rayonun Tircan kənd sakinləri Rasid Talıbov, Rahim Kazımov, Ağsu rayon sakinləri Mühasib Nuriyev, Asəf  Hacıyev, Nüsrət Səfərov və qardaşı Səfər  olduqları müəyyən edilib.

R.Talıbovdan, R.Kazımovdan, A.Hacıyevdən,  N.Səfərovdan və qardaşı Səfərdən 4 ədəd “İJ” və 1 ədəd “Lavrona” markalı ov tüfəngləri götürülüb. 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 258-ci (Qanunsuz ov etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə