Modern.az

Saatlıda əmisini güllələyən qardaşoğlu tapıldı

Saatlıda əmisini güllələyən qardaşoğlu tapıldı

26 Noyabr 2018, 13:42

Noyabrın 25-də saat 2 radələrində Saatlı rayonunun Azadkənd kəndi ərazisində kənd sakini, əvvəllər məhkum olunmuş Oqtay Əkbərovun baş nahiyəsində güllə yarası olan meyitinin idarə etdiyi “BMW” markalı avtomobilində tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

DİN Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, birgə keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən O.Əkbərovun qardaşı oğlu, Azadkənd sakini Saleh Əkbərov saxlanılıb. Ondan hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan “İJ-58” markalı tüfəng götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə