Gəncədə 4 evdən oğurluq edən şəxs saxlanılıb.
Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 4 evdən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Cəsur Mərdanov saxlanılıb.