Modern.az

İsveçrənin Stein şəhərində Azərbaycan mədəniyyətinin təqdimatı oldu - FOTOLAR

İsveçrənin Stein şəhərində Azərbaycan mədəniyyətinin təqdimatı oldu - FOTOLAR

26 Noyabr 2018, 16:43

Noyabrın 24-də Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin dəstəyi ilə “Azərbaycanın dostları” diaspor təşkilatı İsveçrənin Stein şəhərində “Birlikdə bayram edək” şüarı altında təşkil olunan multikultural festival çərçivəsində Azərbaycan mədəniyyətinin təqdimatını keçirib.

 

Modern.az-ın xəbərinə görə, tədbir zamanı Azərbaycanın əməkdar artisti, tanınmış xoreoqraf  Mais Nuriyevin rəhbərliyi altında fəaliyyət göstərən qrupun milli rəqslərimizdən ibarət çıxışı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

 

400 nəfərdən artıq qonağın iştirak etdiyi tədbir çərçivəsində yaradılmış və müxtəlif növ milli kulinariya nümunələrimizin təqdim olunduğu Azərbaycan stendinə iştirakçılar tərəfindən böyük maraq göstərilib.

 

Qeyd edək ki, İsveçrədə “Birlikdə bayram edək” şüarı altında ənənəvi olaraq təşkil olunan festival bu ölkədə ən tanınmış multikultural tədbirlərdəndir.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə