Modern.az

Mikroavtobus sərxoş piyadanı vurub öldürdü

Mikroavtobus sərxoş piyadanı vurub öldürdü

26 Noyabr 2018, 20:01

Astara rayonunda mikroavtobus sərxoş piyadanı vuraraq öldürüb. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının Pensər kəndindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, Astara şəhər sakini, 44 yaşlı Nahid Əhmədağa oğlu Əbilov idarə etdiyi mikroavtobusla sərxoş halda yolun hərəkət hissəsinə çıxan Pensər kənd sakini, 48 yaşlı Rafiq Mürsəl oğlu Teymurovu vurub. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

 

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə