Modern.az

Gömrük Komitəsinin sədri işdən çıxarıldı

Gömrük Komitəsinin sədri işdən çıxarıldı

26 Noyabr 2018, 20:57

Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov vəzifəsindən azad edilib. Modern.az Naxcivantv.az-a istinadən xəbər verir ki, Naxçıvan (MR) Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı müvafiq fərman imzalayıb.

 

Fərmanda deyilir: “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: Asəf Səttar oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilsin”

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə