Modern.az

Samuxda "VAZ" qoyun otaran 44 yaşlı qadını vurdu

Samuxda "VAZ" qoyun otaran 44 yaşlı qadını vurdu

26 Noyabr 2018, 21:17

Samuxda ölümlə nəticələnən yol qəzası baş verib. Modern.az “Trend”ə istinadən xəbər verir ki, hadisə rayonun Çobanabdallı kəndində baş verib.

 

Kənd sakini, 1996-cı il təvəllüdlü Rəhimov Elvin Dilqəm oğlu idarə etdiyi "VAZ 21 074" markalı 51 BF 829 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yolun hərəkət hissəsi ilə heyvanlarını örüş sahəsinə apararan kənd sakini, 1974-cü il təvəllüdlü Məhərrəmova Svetlana Hüseyn qızı və onun 7 baş xırdabuynuzlu heyvanını vurub.

 

Hadisə nəticəsində S.Məhərrəmova hadisə yerində ölüb.

 

Faktla bağlı cinayət işi başlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə