Modern.az

NATO Rusiyanı Ukrayna hərbçilərini azad etməyə çağırdı

NATO Rusiyanı Ukrayna hərbçilərini azad etməyə çağırdı

26 Noyabr 2018, 23:25

NATO-Ukrayna Komissiyası Kerç boğazında baş verənlərlə əlaqədar Ukraynanın tələbi ilə  fövqəladə iclas keçirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, toplantıdan sonra baş katib Yens Stoltenberq açıqlama ilə çıxış edib: “Bütün müttəfiqlər Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tamamilə dəstəkləyir. Ukrayna gəmilərinə qarşı hərbi gücdən istifadə edilməsinə heç bir əsas olmayıb. Bu səbəbdən Rusiyanı Ukrayna əsgərlərini və dünən ələ keçirdiyi gəmiləri dərhal sərbəst buraxmağa çağırırıq”.

 

Qeyd edək ki, dünən 3 Ukrayna gəmisi Kerç boğazından keçərək Azov dənizinə çıxmaq istəyərkən Rusiya tərəfindən atəşə tutulub. Nəticədə 1 nəfər ölüb, 3 hərbi gəmi isə Rusiya tərəfindən ələ keçirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə