Modern.az

ADU-da “Çin mətbəxi” adlı ustad dərsləri keçirilib

ADU-da “Çin mətbəxi” adlı ustad dərsləri keçirilib

Aktual

27 Noyabr 2018, 15:08

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Çin yeməklərinin hazırlanması” mövzusunda ustad dərsləri keçirilib.

 

Modern.az xəbər verir ki, Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov tarixi üç min ildən çox olan Çin mətbəxi ənənələri və fəlsəfəsi haqqında danışıb. Həmçinin bildirib ki, Milli Kulinariya Mərkəzinin təşkil etdiyi beynəlxalq müsabiqələrdə Konfutsi İnstitutu dəfələrlə layiqli yerlər qazanıb.

 

 

Çin mətbəxinin yeməklərini hazırlayan çinli ustadlar məhsulların seçilməsi ilə bağlı tövsiyələrini və milli yeməklərin hazırlanması sirlərini paylaşıblar, eyni zamanda Çin yeməklərinin cəld və yüksək istilikdə hazırlanmasının vacibliyini qeyd ediblər. Daha sonra tələbələrə Çin yeməklərinin hazırlanması prosesi, Çin souslarından istifadə yolları haqda məlumat verilib, məşhur “yu xiang rou si”nın hazırlanma qaydaları nümayiş olunub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə