Modern.az

Biləsuvarda 2 kq narkotik vasitə tutuldu

Biləsuvarda 2 kq narkotik vasitə tutuldu

Aktual

27 Noyabr 2018, 15:13

Ötən gün polis əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Biləsuvar rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Mübariz Həziyevdən çəkisi 2 kiloqram 450 qram tiryək və 4 qramdan artıq heroin götürülüb.

 

Hər iki faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə