Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Əbdüləzizə təbrik məktubu ünvanlayıb.
Modern.az-ın məlumatına görə, təbrik mətnində deyilir:
"Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Mavritaniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Mavritaniya xalqına əmin-amanlıq və rifah diləyirəm".