Modern.az

Cəlilabadda ağır qəza

Cəlilabadda ağır qəza

Aktual

27 Noyabr 2018, 21:40

Cəlilabad rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Modern.az “Report”a istinadən xəbər verir ki, Ələt-Astara yolunda “Opel” markalı avtomobil ilə hərəkətdə olan 1980-ci il təvəllüdlü Şirvan şəhər sakini Bünyatov Tural Xəlil oğlu idarəetməni itirərək yolun kənarındakı maneəyə çırpılıb.

 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Bundan əvvəl Sabirabadda ağır yol qəzası olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə