Modern.az

Məmmədyarov Əfqanıstanın yeni səfirini qəbul edib

Məmmədyarov Əfqanıstanın yeni səfirini qəbul edib

Aktual

27 Noyabr 2018, 21:57

Xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstanın Azərbaycana yeni təyin olunan səfiri Xeyrullah Spelenayı qəbul edib. Modern.az xəbər verir ki, görüşdə Azərbaycan və Əfqanıstan arasında mövcud ikitərəfli əməkdaşlıq münasibətləri müzakirə edilib. Görüşdə müxtəlif sahələrdə o cümlədən, ticarət və nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu qeyd olunub.

 

Səfir Xeyrullah Spelenay Azərbaycanın Əfqanıstanda təhlükəsizlik və sabitliyin təmin olunmasında verdiyi töhfəni yüksək qiymətləndirib. O, iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

 

Səfir Xeyrullah Spelenay etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə