Modern.az

Azərbaycan nefti cüzi bahalaşdı

Azərbaycan nefti cüzi bahalaşdı

Aktual

27 Noyabr 2018, 23:31

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 26-da 63,13 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,88 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 26-da 61,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,9 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 26-da 57,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,79 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti noyabrın 26-da 59,61 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,95 dollar/barel çoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə