Milli Məclisin Quba rayonundan deputatı Vahid Əhmədov seçiciləri ilə növbəti dəfə görüş keçirib.
Modern.az-ın məlumatına görə, deputatın Quba şəhərindəki ofisində qəbula 72 nəfər sakin gəlib.
Görüş maraqlı keçib, seçiciləri maraqlandıran suallara ətraflı cavablar verilib. Deputat həmçinin Milli Məclisdəki fəaliyyəti barəsində ətraflı məlumat verib.
V.Əhmədov qeydiyyata alınan vətəndaşların hamısını tək-tək qəbul edib. Qəbulda bir çox məsələlərə baxılıb və qərarlar qəbul edilib. Qubanın Dəvədabanı yaşayış məntəqəsinin qazla təhcizatı, işədüzəltmə, yığılmış meyvə məhsulunun satışında yaranan problemlər, təhsil haqqının ödənilməsindəki çətinliklər və s. kimi məsələlər araşdırma mövzusu olub.
Qəbul zamanı Milli Məclisdə hazırda müzakirə edilən 2019-cu ilin büdcə layihəsinə seciçilər tərəfindən bir sıra təkliflər və mülahizələr səsləndirilib. Qəbuldan sonra rayon rəhbərliyi ilə görüş zamanı sakinlərin qaldırdıqları bir çox məsələlər barəsində müzakirələr aparılıb və qərarlar qəbul edilib.
Deputatın növbəti qəbulu dekabr ayına planlaşdırılır.