Modern.az

Sabirabadda traktorla yük maşını toqquşdu - ölən var 

Sabirabadda traktorla yük maşını toqquşdu - ölən var 

Aktual

28 Noyabr 2018, 14:22

Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, noyabrın 27-də saat 8 radələrində Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində kənd sakini Ramiz Abdullayevin idarə etdiyi “Belarus” markalı traktorla İmişli rayon sakini Elşən Məmmədovun idarə etdiyi “Ford Tranzit” markalı yük avtomobili toqquşub.

 Nəticədə R.Abdullayevin sərnişini, oğlu Rasət hadisə yerində ölüb.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə