Ölkədə icbari tibbi sığortanın tətbiqi şəraitində Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən səhiyyə sisteminin növbəti illərdə inkişaf istiqamətlərinə dair hazırlanmış təkliflər İcbari Tibbi Sığorta Agentliyinə göndərilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSA) Modern.az-a verilən məlumatda bildirilib ki, Səhiyyə Nazirliyi tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim edilmiş Yol Xəritəsi Azərbaycan Respublikasının növbəti illər ərzində səhiyyənin inkişaf perspektivlərini və fəaliyyət istiqamətlərini özündə əks etdirir.
Rəsmi məlumatda deyilib ki, əhalinin sağlamlığının qorunması məqsədini daşıyan bu islahatlar icbari tibbi sığorta sistemi ilə uzlaşdırılmalıdır:
“Yol Xəritəsində əks olunan ilkin səhiyyə xidmətində (İSX) əhatə olunan tibbi xidmətlərin həcminin tədricən genişləndirilməsi və İSX-nin gücləndirilməsi, elektron səhiyyə monitorinq və qiymətləndirmə proqram təminatının yaradılması və əhalinin səhiyyə ilə bağlı məlumatlara əlçatanlığının artırılması məqsədi daşıyır. Səhiyyə kommunikasiyasının həyata keçirilməsi ilə bağlı fəaliyyət istiqamətləri gələcəkdə icbari tibbi sığortanın uğurla tətbiqinə zəmin yaradır”.