Gürcüstanda prezident seçkilərinin ikinci turu ilə bağlı "ekzit-poll"un nəticələri açıqlanıb. Modern.az xəbər verir ki, “Qallup İnternəşnl” təşkilatının apardığı sorğuya əsasən, Salome Zurabişvili 58 faiz, Qriqol Vaşadze 42 faiz səs toplayıb.
Digər "ekzit-poll" şirkəti "Edison Risorç"un sorğusuna görə, Zurabişvili 55 faiz, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 45 faiz yığıb.
Xatırladaq ki, Gürcüstanda prezident postu uğrunda iki əsas namizəd mübarizə aparır. Bunlar hakim “Gürcü Arzusu -Demokratik Gürcüstan” partiyasının dəstəklədiyi Salome Zurabişvili və müxalifətin namizədi Qriqol Vaşadzedir.
Onu da qeyd edək ki, Gürcüstanın xarici ölkələrdəki səfirliklərində yaradılan seçki məntəqələri yerli vaxtla saat 24:00-dək fəaliyyət göstərəcək.