Modern.az

Saakaşvili xalqı itaətsizliyə çağırdı

Saakaşvili xalqı itaətsizliyə çağırdı

Aktual

28 Noyabr 2018, 22:51

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili seçkinin nəticələrini tanımaqdan imtina etdi. Modern.az xəbər verir ki, sosial şəbəkə vasitəsi ilə xalqa müraciət edən sabiq prezident əhalini dinc vətəndaş itaətsizliyinə çağırıb.

 

Bidzina İvanişvilini murdar oliqarx adlandıran Mixail Saakaşvili onun bütün qanunları pozduğunu bildirib.

 

Eks-prezident hökumətin oğru dünyasının yardımlarına da baş vurduğunu bildirib.

 

İvanişvilinin daha Gürcüstanın legitim lideri olmadığını vurğulayan Mixail Saakaşvili cəmiyyəti seçkinin nəticəsini tanımamağa, polisi də xalqın yanında yer almağa çağırıb.

 

Sabiq prezident nə olursa olsun, Gürcüstana geri dönəcəyini bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə