Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Ələkbərov noyabrın 25-də saat 23 radələrində A.M.Şərifzadə küçəsində naməlum şəxsin onun başına küt alətlə xəsarət yetirərək mobil telefonunu və noutbukunu aldığını bildirib.
DİN Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və quldurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Ələddin Hüseynov olduğu müəyyən edilib.
***
Oktyabrın 31-də paytaxtın Nəsimi rayonu ərazisindən Ağdam rayon sakini E.Aslanovun bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İslam Abdurahmanzadə də müəyyən edilərək saxlanılıb.
Hər iki faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.