Modern.az

Azərbaycanda kişiyə həyat yoldaşının böyrəyi köçürüldü  

Azərbaycanda kişiyə həyat yoldaşının böyrəyi köçürüldü  

Aktual

29 Noyabr 2018, 11:13

Poliorqan çatışmazlıqdan əziyyət çəkən və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən kişiyə həyat yoldaşının böyrəyi köçürülüb.


Modern.az-ın məlumatına görə, transplantasiya əməliyyatı Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinin müdiri, tanınmış cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad Şolan tərəfindən icra edilib.

 

"Biz Rəşad dr-u bu əməliyyatı öz üzərinə götürmək fikrindən daşındırmaq üçün çox çalışdıq. Belə ki, xəstədə böyrək çatışmazlığı ilə yanaşı, kompensasiya formasında qaraciyər çatışmazlığı da müşahidə edilirdi. Eyni zamanda, resipiyentin damarları anatomik cəhətdən əməliyyat üçün o qədər də uyğun deyildi. Vəziyyətin bütün çətinliyinə baxmayaraq, Rəşad Şolan bu ağır əməliyyatı öz öhdəsinə götürdü. Nəticə gözləntilərimizi də üstələdi: köçürülmüş böyrək hazırda çox gözəl fəaliyyət göstərir, xəstədə o cümlədən qaraciyər çatışmazlığı geriləyib",- deyə şöbə əməkdaşları transplantasiya ilə bağlı təəssüratlarını bölüşüb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə