Modern.az

Putindən Tahir Salahova TƏBRİK

Putindən Tahir Salahova TƏBRİK

Aktual

29 Noyabr 2018, 11:40

Rusiya Prezidenti Vladimir Putin SSRİ, RF və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovu 90 illik yubileyi münasibətilə təbrik edib.

Modern.az xəbər verir ki, təbrikdə bildirilir: "Siz nadir istedada və böyük yaradıcılıq planlarına malik insan kimi tələbat olan rəssam və pedaqoqsunuz, parlaq və bacarıqlı tələbələr pleyadası yetişdirmisiniz".

Qeyd olunur ki, T.Salahov müxtəlif planlı, maraqlı sərgi və bərpa layihələrinin reallaşmasına böyük şəxsi töhfə verib.

Prezident Xalq rəssamına cansağlığı və müvəffəqiyyətlər arzulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə