Modern.az

Astarada 7 nəfəri canavar DİŞLƏDİ  

Astarada 7 nəfəri canavar DİŞLƏDİ   

Aktual

29 Noyabr 2018, 12:36

Astara rayonunun Şuvi və Zəngüləş kəndinə canavar hücum çəkib.

Modern.az-ın məlumatına görə,  bu barədə xəbəri Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova yayıb.

Qurum rəsmisi bildirib ki, gecə saatlarında baş verən hadisə zamanı şəxsi təsərrüfatını, mal-qarasını qorumağa cəhd edən 7 nəfər kənd sakini canavarın hücumuna məruz qalıb.

“Xəsarət alanların hər biri Astara Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Canavar dişləməsi diaqnozu qoyulan xəstələrə dərhal zərdablar vurulub, cərrahi müdaxilə ilə yaraları təmizlənib. Hazırda vəziyyətləri qənaətbəxşdir”. 


Xəstəxanaya daxil olan Zəngüləş kənd sakini 1978-ci il təvəllüdlü Əsgərov Tofiq Qəribxan oğlu onu dişləyən canavarı öldürməyə nail olub.

Canavar dişləyən sakinlər arasında azyaşlı Əsgərova Lalə Roma qızı da var

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə