Modern.az

Gürcüstan müxalifəti prezident seçkilərinin nəticələrini tanımadığını elan edib

Gürcüstan müxalifəti prezident seçkilərinin nəticələrini tanımadığını elan edib

Aktual

29 Noyabr 2018, 19:18

Gürcüstanın birləşmiş müxalifəti ötən gün keçirilmiş prezident seçkilərinin ikinci turunun nəticələrini tanımadığını bildirib.

 

Modern.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, bu barədə Vahid Milli Hərəkat Partiyasının prezidentliyə namizədi olan Qriqol VaşadzeTbilisidə Filarmoniya binasında tərəfdarları ilə keçirdiyi görüşdə deyib.

 

O, birləşmiş müxalifətin ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb etdiyini bildirib.

Q.Vaşadze bu həftənin bazar günü Rustaveli prospektində eyni tələblə kütləvi dinc aksiyanın keçiriləcəyini elan edib.

Qeyd edək ki, prezident seçkilərinin ikinci turunda Salome Zurabişvili  59,52%, Qirqol Vaşadze isə 40,48% səs əldə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir