Modern.az

Şəmkirdə bıçaqlanan iki qardaşdan biri öldü

Şəmkirdə bıçaqlanan iki qardaşdan biri öldü

Aktual

29 Noyabr 2018, 21:40

Şəmkir rayonunda iki qardaş bıçaqlanıb, onlardan biri ölüb. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qapanlı kəndində qeydə alınıb.

 

Belə ki, 1990-cı il təvəllüdlü Nurəddin Bayram oğlu Əsədoğlu mübahisə zəminində Qapanlı kənd sakinləri - 1986-cı il təvəllüdlü Eşqin Əli oğlu Əmiraslanovu və onun qardaşı, 1989-cu il təvəllüdlü İbrahim Əli oğlu Əmiraslanovu bıçaqlayıb. Nəticədə E.Əmiraslanov ölüb, onun qardaşı isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. N.Əsədoğlu hadisə yerindən qaçıb.

 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisəni törədən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir