“Qarabağ” “Sportinq” oyunu yekunlaşdı. Oyun “Sportinq”in 1:6 hesablı qələbəsi ilə yekunlaşıb.
23:35
"Qarabağ"ın qapısına 81-ci dəqiqədə daha bir qol vuruldu: 1:6
23:30
“Sportinq”in oyunçusu Bruno Fernandes 75-ci dəqiqədə "Qarabağ"ın qapısına 5-ci qolu vurur.
23:23
Oyunun 65-ci dəqiqəsində Abdulay Diabi dəqiq zərbə ilə komandasının üstünlüyünü 3 topa çatdırıb: 1:4
23:18
Oyunun 33-cü dəqiqəsində “Qarabağ” qapısında daha bir qol gördü. Luis Nani “Qarabağ”ın 5 oyunçusunun əhatəsindən topu qapıya göndərib: 1:3
22:17
“Qarabağ” qapısında daha bir qol gördü. Oyunun 20-ci dəqiqəsində uzaqdan qapıya vurulan topu "Qarabağ"ın qapıçısı dəf edə bilməyib. 1:2
22:12
“Qarabağ” “Sportinq” oyununda daha bir qol vurulub. Modern.az xəbər verir ki, oyunun 14-cü dəqiqəsində “Qarabağ” bərabərlik qolunu vurub. Abdulla Zubirin gözəl zərbəsindən sonra rəqib meydanın mərkəzinə dəvət olunub.
22:03
UEFA Avropa Liqasında 5-ci turu çərçivəsində Portuqaliya “Sportinq”ini qəbul edən “Qarabağ” qapısında erkən qol görüb. Modern.az xəbər verir ki, son ev oyununun 5-ci dəqiqəsində “Qarabağ”ın qapısına penalti təyin edilib. Yakub Jerzniçak cərimə meydançasında rəqibə qarşı kobud oynayıb.
“Sportinq”in oyunçusu Bas Dost penaltini dəqiq yerinə yetirərək komandasını hesabda irəli çıxarı: 0:1