Modern.az

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Aktual

29 Noyabr 2018, 23:41

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 28-də 62,03 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 28-də 60,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,98 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 28-də 56,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,16 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti noyabrın 28-də 58,36 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,02 dollar/barel azdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir