Modern.az

Ağstafada tut tinglərinin əkilməsinə start verildi - FOTOLAR

Ağstafada tut tinglərinin əkilməsinə start verildi - FOTOLAR

Aktual

30 Noyabr 2018, 11:07

Bu gün Ağstafa rayonunda tut tinglərinin əkilməsinə start verilib.

 

Modern.az-ın xəbərinə görə, rayon icra hakimiyyəti başçısı Məhərrəm Quliyev bildirib ki, Ağstafa rayonu üçün ənənəvi sahə hesab edilən baramaçılığın inkişafının daha da  yüksəldilməsi istiqamətində davamlı işlər aparılır. 

 

“Bu məqsədlə rayonun  kənd və qəsəbələrində tut tinglərinin əkin işləri aparılır. Bu gün rayonun Qırılı, Qıraq Kəsəmən və Sadıqlı kəndlərində tut tingiləri əkilib. Ümumi rayon üzrə isə 4 min ağacın əkilməsi başa çatdırılıb”.

 

İlin sonuna kimi 10 min tut tinginin əkilməsi planlaşdırılır.

 

Sadıqlı kəndində  görülən əkin işləri ilə yaxından tanış olan cənab Məhərrəm Quliyev vətəndaşlarla birlikdə fidanların basdırılmasında iştirak edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir