Modern.az

Dekabrın 1-2-də geomaqnit qasırğası gözlənilir  

Dekabrın 1-2-də geomaqnit qasırğası gözlənilir   

Aktual

30 Noyabr 2018, 11:38

Dekabr ayının 1 və 2-də növbəti geomaqnit qasırğası gözlənilir. N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayevin Modern.az-a verdiyi məlumata görə, qasırğanın səbəbi Günəşin səthində formalaşmış növbəti böyük ölcülü tac dəliyidir:


“Bu tac dəliyindən başlanğıcını götürən yüksəksürətli Günəş plazma küləyi yetətrafı fəzaya çatmaqla, maqnitosferi həyəcanlaşdıracaq və G1 sinfinə aid geomaqnit qasırğasına səbəb olacaq”.

 

E.Babayevin sözlərinə görə, meteoşəraitin son şıltaqlıqları və geomaqnit qasırğasının birgə təsirləri risk qrupuna daxil olan insanlar üçün heç də yaxşı hal vəd etmir:

“Çünki diskomfort xeyli artacaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir