Modern.az

BƏƏ səfirliyi Şəhidlər günü ilə bağlı bəyanat verdi

BƏƏ səfirliyi Şəhidlər günü ilə bağlı bəyanat verdi

Aktual

30 Noyabr 2018, 14:44

Şəhidlər günü hər ilin 30 noyabr tarixində Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) dövlətin daxilində və xaricində vətən qarşısındakı borclarını yerinə yetirərkən şəhid olanların xatirəsini anmaq məqsədilə qeyd edilir.

 

Bu haqda Modern.az-a BƏƏ-nin Azərbaycandakı səfirliyindən daxil olab bəyanatda bildrilib. 

 

Şəhidlər günü 2015-ci ildə BƏƏ dövlətinin prezidenti Əlahəzrət Şeyx Xəlifə Bin Zayed Al Nahyan tərəfindən verilmiş müvafiq sərəncama əsasən elan edilib.

 

Şəhidlər günü BƏƏ övladları üçün təkcə şüar deyil, vətən torpağı uğrunda həlak olanlar deməkdir.

 

Qurban vermək və şəhid olmaq BƏƏ övladlarına mərhum lider Şeyx Zayed Al Nahyandan qalan bir irsdir.

 

O, ilk vətən övladlarının müəllimi, dövlətin qurucusudur. Şeyx Zayed şücaət kəliməsini BƏƏ övladlarının qəlblərinə həkk edib.

 

BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd əl-Qubaysi deyib ki, birlik üçün müdafiə müqəddəs vacibiyyətdir və hərbi xidməti hər bir vətən övladı üçün şərəfdir.

 

“Necə ki, əcdadlarımız vətən uğrunda canlarını qurban veriblər, eləcə də biz onların yolu ilə getməliyik.

 

BƏƏ dövləti və liderləri, həmçinin BƏƏ xalqı vətən üçün onun ədalət naminə bayrağını yüksəltməyə hər zaman hazırdır. BƏƏ ordusu dövlət qurmaq  və xalqı müdafiə etmək üçün yaradılıb. Eyni zamanda vətən övladları lazım gəldikdə orduya dəstək üçün hər zaman hazırdır".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat