Modern.az

Bakı məktəbində valideynlərin şikayətləri dinlənildi

Bakı məktəbində valideynlərin şikayətləri dinlənildi

Aktual

30 Noyabr 2018, 15:06

Noyabrın 30-da paytaxtda müəllim və valideynlərin səyyar qəbulu keçirilib.

 

Bu haqda Modern.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

 

İdarənin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

 

Bakıdakı 252 nömrəli tam orta məktəbdə Sabunçu, Xəzər və Pirallahı rayonları üzrə keçirilmiş qəbula gələn vətəndaşlar tədrisin daha səmərəli təşkili, təhsil müəssisələrinin təmiri, məktəblərin maddi-texniki təminatı, şagirdlərin dərs yükü və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.

 

Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat