Modern.az

Orduxanı kim qıdıqlayır...

Orduxanı kim qıdıqlayır...

30 Noyabr 2018, 17:57

Hollandiyada yaşayan qalmaqallı mühacir Orduxan Teymurxan sosial şəbəkədə paylaşdığı sonuncu videosunda yenə də Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini öz təbirincə, guya tənqid edib. Sizə maraqlı gəlmir ki, son aylar bu komitənin fəaliyyəti kimləri qıdıqlayır.

Gürcüstandakı Ermənistan səfiri Azərbaycanın Diasporla iş üzrə Dövlət Komitəsinin nümayəndələrinin bu ölkəyə səfərindən sonra rahatsız olduqlarını açıq şəkildə ortaya qoydu, tez Gürcüstanda əyalətlərə getdi. Belə faktlar Avropada da, başqa ölkələrdə də oldu. İndi də Orduxan.

Bu adam əlində əsas kimi bir neçə gün öncə Avropada Azərbaycan musiqisini təbliğ edən soydaşımız, uzun illərdir Hollandiyada yaşayan skripka ifaçısı və diaspor fəalı Balaş Əliyevin (Azəri) uzun sürən xəstəlikdən sonra 58 yaşında vəfat etməsini götürüb. 

Azərbaycanlı musiqiçinin dünyasını dəyişməsinə Orduxan öz tərzində reaksiya verib. Adam Dövlət Komitəsini az qala dünyasını dəyişən azərbaycanlıların baiskarı kimi göstərir, guya, musiqiçi Komitənin günahı ucbatından vəfat edib.

Halbuki, bir neçə gün öncə Diasporla İş üzrə Dövlət Komitəsi azərbaycanlı müsiqiçinin vəfatıyla bağlı nekroloq yazmışdı. Aldığımız məlumata görə, bununla bağlı Komitə başqa işlər də görüb. Əsas bu deyil. Əsas məsələ Orduxanın özünü Azərbaycana qarşı düşmənçilik edən, diş qıcayan düşmən ordusunun “xanı” görməsidir. Bəli, Orduxan məhz belə tanınmalıdır. Azərbaycana qarşı düşmənçilik edən “ordunun xanı”.

Uzun illərdir ki, xaricdə yaşayan soydaşlarımız son 6 ayda aralarındakı umu-küsünü, incikliyi, siyasi mövqelərə görə barışmazlığı kənara qoyublar. Bu, soydaşlarımızın içindən gələn hissdir. Amma sözügedən məsələdə Dövlət Komitəsinin son aylardakı çalışmalarının da böyük rolu var. Çünki Komitə Azərbaycan dövlətinin, Azərbaycan xalqının maraqlarını ifadə edir. O maraqlar Yer üzündə yaşayan soydaşlarımızın bütöv olmasıdır.

Dövlət Komitəsi məhz bu istiqamətdə fəaliyyət göstərir. Şəffaflıq, kimliyindən, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlıya eyni münasibət...

Bu yanaşma nə Orduxanı, nə də onun başbilənlərini qane edə bilər. Çünki Azərbaycanı istəməyən qüvvələrin dünya azərbaycanlılarının bütövlüyünə qarşı olacaqları kimsəyə sirr deyil.

Əldə etdiyimiz dəqiqləşdirilmiş məlumata görə, Avropadakı soydaşlarımız artıq Orduxanı azərbaycanlı kimi qəbul etmirlər. Bunu görən Orduxan və onun başbilənləri xeyli rahatsız olublar. Diaspor Komitəsinin fəaliyyətindən xeyli əndişələniblər. Odur ki, Orduxan yenidən ortalığa atılaraq,  Azərbaycanı sevənləri, Azərbaycanın birliyini istəyənləri xalq düşməni, satqın kimi təqdim edir.

Səbəb aydındı: Dövlət Komitəsinin fəaliyyəti nəticəsində Orduxanlar ya olmayacaq, ya da yalnız milli maraqlara xidmət edəcək. Sonuncu variant isə odur ki, belələri bütün xalq tərəfindən Azərbaycanın düşməni kimim qəbul ediləcək. Elə Orduxan kimi. Necə ki, indi onu hamı öz xalqına düşmən kəsilmiş biri kimi tanıyır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...