“Azərbaycan elektron ticarət bazarı yüksək artım nümayiş etdirir. Ticarətin böyük əksəriyyəti ABŞ və Çinin populyar elektron ticarət platformalarının payına düşür. Bununla belə, Azərbaycanda lokal platformaların və müştərilərinin sayı artır. Bu sahədə heç bir məhdudiyyət yoxdur və istənilən şəxs ölkə xaricindən məhsul sifariş edə bilər”. Modern.az xəbər verir ki, bu fikirləri “Elektron ticarətdə elektron identifikasiya: imkanlar və çağırışlar” mövzusunda “dəyirmi masa”da çıxış edən Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib.
E.Vəlizadənin sözlərinə görə, təkcə ötən il ərzində yeddiqat artım müşahidə olunub: “Məlum olduğu kimi, nazirliyimizin elektron ticarət sahəsində layihəsi var, bu layihə Çinn ticarət məkanlarından sifarişlərin ölkəyə çatdırılması və digər ölkələrə paylaşdırılmasını nəzərdə tutur”.
Nazir müavini bildirib ki, elektron ticarətlə məşğul olan şəxslər etimad münasibətlərində maraqlıdır: “Bu baxımdan elektron imzanın istifadəsi vacib rol oynayır. Bu gün nazirlik tərəfindən yaradılmış Milli Sertifikasiya Xidmətləri Mərkəzi biznes sektoruna və vətəndaşlara gücləndirilmiş elektron imza sertifikatları verir. Bilirsiniz ki, hazırda Azərbaycana və Türkiyəyə məxsus elektron imzaların qarşılıqlı olaraq tanınması istiqamətində iş aparılır. Nazirlik olaraq elektron imzanın digər ölkələrdə, o cümlədən Avropa ölkələrində də tanınmasına maraqlıyıq. Bu baxımdan, Azərbaycanda elektron imza sahəsindəki qanunvericilik bilavasitə Avropa direktivləri əsasında hazırlanıb. Yeni layihənin icrası istiqamətində iş gedir