Modern.az

Azərbaycanla Böyük Britaniya bu sahələrdə əməkdaşlığı müzakirə edəcək

Azərbaycanla Böyük Britaniya bu sahələrdə əməkdaşlığı müzakirə edəcək

30 Noyabr 2018, 22:23

Azərbaycan-Böyük Britaniya hökumətlərarası komissiyasının növbəti iclası 2019-cu il aprelin 4-5-də Böyük Britaniyada keçiriləcək. Modern.az xəbər verir ki, bunu “Trend”ə Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin Energetika, ticarət və investisiyalar şöbəsinin rəhbəri Stiv Smit deyib.

 

O bildirib ki, hazırda iclasın keçirilmə yeri və proqramı ilə bağlı iş gedir.

 

S.Smitin sözlərinə görə, növbəti iclas enerji, o cümlədən bərpa olunan enerji mənbələrinə, həmçinin səhiyyə, kənd təsərrüfatı, elektron hökumət, ətraf mühit, təhsil, pərakəndə satış və aerokosmik sahələrinə həsr oluna bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat