ABŞ prezidenti Donald Tramp Kerç boğazında yaranan vəziyyətin tezliklə öz həllini tapacağına ümid etdiyini bildirib. Modern.az xəbər verir ki, Tramp bunu G20 sammiti çərçivəsində Yaponiyanın baş naziri Sindzo Abe ilə keçirdiyi görüş zamanı jurnalistlərə bildirib.
"Baş verənlər xoşumuza gəlmir. Biz bundan narazıyıq, heç kim bundan razı deyil", - deyə Tramp bildirib.
Bundan əlavə, ABŞ prezidenti rusiyalı həmkarı Vladimir Putin ilə Argentinada planlaşdırılan görüşü tamamilə Kerç boğazındakı hadisəyə görə ləğv etdiyini təsdiqləyib.