Modern.az

Əflatun Amaşova qarşı TƏXRİBAT: “Böhtandır, iftiradır, ayıb olsun!” - FOTOLAR  

Əflatun Amaşova qarşı TƏXRİBAT: “Böhtandır, iftiradır, ayıb olsun!” - FOTOLAR  

2 Dekabr 2018, 01:15

Ermənistanın paytaxtı Yerevan şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin 52-ci Plenar Sessiyasında iştitak etmiş Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovu hiddətləndirən hadisə baş verib.

Modern.az xəbər verir ki, Ə.Amaşovun sözlərinə görə, ö
zünü “İrəvan TV” adlandıran birisi sosial şəbəkədə status paylaşıb və ona böhtan atıb”

“Guya Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İrəvanda keçirilən 52-ci plenar sessiyasında Azərbaycanın bayrağı düzgün qoyulmayıb və mən də onu düzəltməmişəm. Böhtandır, iftiradır, təqdim edilən şəkil montajdir! Həmin şəxs bilmir ki, mən hansı beynəlxalq tədbirə yollanıramsa, özümlə bir bayraq da götürürəm (Bilmək olmaz, təşkilatçı tərəf bizim bayrağımızı tapmaqda çətinlik çəkə bilər). Hər dəfə icl
as salonuna daxil olanda bayrağımızın harada, necə yerləşdiriməsini müşahidə edirəm. Yeri gələndə onun şəklini də çəkirəm. İrəvanda da belə oldu. Aşağıda təqdim etdiyim 1-ci şəkil iclas başlamamışdan əvvəl çəkilib. Üç rəngli möhtəşəm bayrağımız vuqarla dayanır. 2-ci şəkil QDİƏT Parlament Assambleyasının saytından götürülüb (//www.pabsec.org/news-details.asp?id=495&hl=en). 3-cü şəkil iclasın gedişində lentə alınıb. Sonuncu şəkil isə montaj ediləndir. Nə deyəsən? Sadəcə pıçıldayıram: ayıb olsun!”.


A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir