Modern.az

Çin və ABŞ tarif məsələsində razılığa gəliblər

Çin və ABŞ tarif məsələsində razılığa gəliblər

Aktual

2 Dekabr 2018, 12:37

Çin Xalq Respublikası və Amerika Birləşmiş Ştatları qarşılıqlı olaraq idxal edilən mallara əlavə tariflər tətbiq olunmaması barədə razılığa gəliblər.

 

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə razılıq Argentinanın paytaxtı Buanes-Ayresdə keçirilən “Böyük iyirmilər”in zirvə görüşü çərçivəsində ÇXR Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Trampın görüşündə əldə olunub.

 

Görüşün nəticələri barədə məlumat verən Çinin xarici işlər naziri Van İ deyib ki, tərəflər yanvarın 1-dən əlavə tariflərin tətbiq olunmamasını, ticarət mübahisəsi barədə danışıqları davam etdirməyi qərara alıblar. Bundan başqa, iki ölkənin liderləri münasib zamanda rəsmi səfərlər həyata keçirməyə söz veriblər.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat