Ucar rayonunun Çiyni kəndində "Renault" və "VAZ" markalı iki minik avtomobili toqquşub.
Modern.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, qəza nəticəsində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.